Xaçatryan həbs olundu

5-12-2025, 13:13 5 dəfə baxılıb

 


Ermənistanda məhkəmə Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

“Azerinews.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hakim istintaqın bununla bağlı vəsatətini təmin edib.

Qeyd edək ki, A. Xaçatryan ötən gün saxlanılıb.

Vəkili Arsen Babayanın sözlərinə görə, arxiyepiskop 2018-ci ildə Katolikos II Qareginə qarşı keçirilmiş aksiyanın iştirakçılarından birinin çantasına narkotik vasitələr atmaqla bağlı tapşırıq verməkdə ittiham olunur. Bildirilir ki, Xaçatryan bunu etirazçıları nüfuzdan salmaq məqsədilə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031