"Qızıl kart” işə düşdü

11-12-2025, 08:59 5 dəfə baxılıb

 

ABŞ administrasiyası xarici investorları cəlb etmək üçün əlamətdar bir addım atıb.

“Azerinews.az” xəbər verir ki, rəsmi olaraq istifadəyə verilən “Qızıl Kart” proqramı 1 milyon dollar investisiya qoyanlara sürətləndirilmiş “Green Card” imkanları təqdim edir.

İqtisadiyyatı stimullaşdırmaq məqsədilə elan edilən proqram “vətəndaşlığın artıq pulla alınıb-alınmayacağı” ilə bağlı müzakirələrə səbəb olub.

“Qızıl Kart” proqramı üçün müraciət haqqı 15 000 dollar, təsdiqləndikdən sonra investisiya məbləği isə 1 milyon dollardır.

Ərizə rədd edilərsə, 15 000 dollarlıq ödəniş geri qaytarılmır və ABŞ xəzinəsinə köçürülür.

Qeyd edək ki, proqram ilk dəfə elan edildikdə, investisiya məbləği 5 milyon dollar idi, lakin müraciət sayının az olması və tənqidlər səbəbindən 1 milyon dollara endirildi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930