Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib

11-12-2025, 10:57 3 dəfə baxılıb

 

Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada yerə enə bilməyib.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Baza” teleqram kanalı yayıb. 

Bildirilib ki, buna səbəb dron hücumu ilə bağlı Moskva aeroportlarının fəaliyyətini müvəqqəti dayandırması olub.

Məlumata görə, Paşinyanın təyyarəsi bir saat ərzində eniş icazəsi gözləyərək Tver vilayətinin üzərində dövrə vurub.

Lakin enişə icazə verilmədikdə təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına yollanıb və orada yerə enib.  

Qeyd edək ki, Paşinyan Almaniyaya səfərdən sonra Moskvaya yollanıb. O, Rusiya paytaxtında Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edəcək. 

Onu da xatırladaq ki, Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Moskva vilayətinə kütləvi dron hücumu həyata keçirib. Nəticədə Moskva hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb və Bakı vaxtı ilə təqribən 09:00-da aeroportların işi bərpa edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930