Paşinyan: "Əminəm ki, Azərbaycan nümayəndə heyətləri yaxın gələcəkdə Ermənistana səfər edəcəklər"

11-12-2025, 14:43 9 dəfə baxılıb

 

Balanslaşdırılmış və tarazlı xarici siyasət reallıqdır".

"Azerinews.az"ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşü zamanı deyib.

Paşinyan, həmçinin bu yaxınlarda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb - Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya, Qazaxıstan, Şarm əş-Şeyx, Əbu-Dabi, Danimarka və Gürcüstan.

"2021-ci ilin hökumət proqramında regionallaşmaya həsr olunmuş xüsusi bölmə var. Bu il bizim bütün qonşu ölkələrin liderləri ilə görüşlərim və təmaslarım baş tutub. Həmçinin görüşlər çərçivəsində, eləcə də işgüzar və rəsmi səfərlər zamanı söhbətlər aparılıb. Bu il iki rəsmi nümayəndə heyətimiz artıq Azərbaycanda olub.

Mən, həmçinin əminəm ki, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətləri Ermənistana gələcək. Bu il qatar Ermənistan Respublikasına Azərbaycan ərazisindən daxil olub. Həmçinin neft məhsullarının idxalı məsələsi də müzakirə olunur. Yəni bu, nəhayət ki, uğur əldə etdiyimiz balanslaşdırılmış xarici siyasətdir. Biz bu uğurdan niyə imtina etməliyik? Biz bu uğuru inkişaf etdirməliyik. Əvvəllər biz deyirdik ki, Rusiyaya və ya Avrasiya İqtisadi İttifaqına zidd olaraq Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmirik. Onlar isə cavab verirdilər ki, bu necə ola bilər? Məhz belə", - deyə Paşinyan vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930