Ukrayna Çernobılın adını dəyişdi

11-12-2025, 18:10 6 dəfə baxılıb

 

BMT-nin Baş Assambleyası Çernobıl qəzası ilə bağlı qətnamə qəbul edib.

"Azerinews.az" xəbər verir ki, məlumatı "Obşestvennoye" "Telegram" kanalı yayıb.

Qətnamə qurumun sənədlərində adın "Chornobyl" Ukrayna transliterasiyasını rəsmi şəkildə təsdiqləyib. Qeyd edək ki, əvvəl bu ad üçün "Chernobyl" transliterasiyası qəbul edilmişdi.

Qətnamə ilə təşəbbüs Ukraynadan gəlib. 97 ölkə sənədi təsdiqləyib, 39 ölkə bitərəf qalıb. Əleyhinə səs verənlər arasında Rusiya, ABŞ, Belarus, Çin və daha dörd dövlət olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031