Yaponiyada daha bir güclü zəlzələ - Sunami xəbərdarlığı edildi

12-12-2025, 09:19 9 dəfə baxılıb

 

Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində 6,7 bal gücündə zəlzələ olub.

“Azerinews.az” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (YMA) açıqlama yayıb.

Bildirilib ki, təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı verilib.

Qeyd edək ki, dekabrın 8-də Yaponiyanın Aomori prefekturasındakı Misava bölgəsi sahillərində 7,5 bal gücündə zəlzələ baş verib və 50 nəfər xəsarət alıb.

YMA yaxın günlərdə oxşar və ya daha yüksək bal gücündə afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031