“Trampın əli çox salamlaşmaqdan göyərib” - Fotolar

12-12-2025, 09:21 8 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Trampın sağ əlindəki sarğı və göyərmələrin səbəbi açıqlanıb.

“Azerinews.az” xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt Trampın əlindəki göyərmələrin daim əl sıxmasından qaynaqlandığını bildirib.

O, Oval Ofisə hər gün yüzlərlə insanın baş çəkdiyini və Trampın daim bu insanlarla əl sıxlığını bildirib.

“Ağ Ev Nyu-York qatar stansiyası qədər izdihamlıdır. Prezident Tramp sözün əsl mənasında daim əl sıxır. Oval Ofis Böyük Mərkəz Terminalı kimidir. O, hər gün tanımadığınız yüzlərlə insanla görüşür.

Prezident gündəlik aspirin qəbul edir və bu da gördüyünüz göyərməyə səbəb ola bilər”, - o qeyd edib.

Qeyd edək ki, Tramp son bir həftədir ki, sağ əlində sarğı ilə kameralar qarşısında görünür. Levittin məsələ ilə bağlı açıqlaması sosial şəbəkələrdə bununla bağlı müzakirələrin qarşısını ala bilməyib. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031