"Bu, Cənubi Qafqazda sabitliyi təmin edə bilər”

12-12-2025, 14:28 6 dəfə baxılıb

 

Azərbaycan və Ermənistanın sülhə dair Birgə Bəyannaməni imzalaması tarixi əhəmiyyətə malikdir”.


“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli - 2025” forumunda çıxışı zamanı bildirib. 


“Bu, həmin regionda və onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır”, - o deyib.


Tokayev vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitliyi təmin edə bilər.  


Xatırladaq ki, bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031