“Zelenskinin fotosu Kupyanskın çıxışında çəkilib”

13-12-2025, 14:32 5 dəfə baxılıb

 

"Ukrayna Prezidenti Volodimir Zelenskinin görüntüləndiyi şəkil Kupyanskın çıxışında çəkilib”.

“Azerinews.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi tarixçi və analitik Yevgeni Norin çıxış edib. 

O, fotonun Kupyanskın qərbində, Xarkov küçəsində çəkildiyinə diqqət çəkib: “Yəni Zelenski xəritələrdə bizimki kimi göstərilən ərazidən kənarda yerləşir”.

Rusiya Dövlət Dumasının üzvü Aleksey Çepa isə Ukrayna liderinin Kupyansk istiqamətinə səfərinin PR (piar) aksiyası olduğunu iddia edib. 

Qeyd edək ki, ötən ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə adıçəkilən şəhərin tamamilə Rusiya ordusunun nəzarətində olduğunu məruzə etmişdi. Ötən gün isə Zelenski Xarkov vilayətinin Kupyansk şəhərindən videomüraciət yayımlayıb, paylaşımına “Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır” sözlərini əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031