“Rusiyanın ərazi iddiaları yoxdur”

9-02-2024, 11:20 7 dəfə baxılıb

 

“Rusiyanın heç bir qlobal ərazi iddiaları yoxdur”.

“Azerinews.az” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb. 

O, həmçinin ölkəsinin Polşa və yaxud Latviyaya qoşun yönləndirməklə bağlı planlarının olmadığını deyib: “Onlar bu haqda danışır və öz əhalisini mövcud olmayan rus təhlükəsi ilə qorxutmağa çalışırlar. Bu, aydın faktdır. Düşünən, real siyasətlə məşğul olan analitiklər, sadəcə ağıllı insanlar bunun feyk olduğunu yaxşı anlayırlar”.

Jurnalistin Rusiyanın hansı hallarda Polşaya qoşun göndərə biləcəyi ilə bağlı suala isə Putin belə cavab verib: “Yalnız bir halda: Polşa tərəfindən Rusiyaya hücum olarsa. Niyə? Çünki bizim nə Polşada, nə Latviyada, heç harda marağımız var. Bu bizim nəyimizə lazımdır? Bizim sadəcə belə bir marağımız yoxdur”. 

Putin, həmçinin qeyd edib ki, Qərb Rusiyanı döyüş meydanında zəiflətməyə çalışmaqdansa, onunla razılığa gəlməyə cəhd etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930