Ukrayna Kirkorovu axtarışa verdi

16-12-2025, 10:30 6 dəfə baxılıb

 

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı müğənni Filipp Kirkorovu axtarışa verib.

“Azerinews.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, müğənninin adı hələ oktyabrın 30-da qurumun məlumat bazasına daxil edilsə də, məsələ ictimaiyyətə bu gün açıqlanıb.

UTX F.Kirkorovu ölkənin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin ərazisinə giriş və çıxış qaydalarını pozmaqda ittiham edib.

58 yaşlı sənətçinin bu addımı Ukraynanın milli maraqlarına zərər vurma kimi qəbul edilib. 

Qeyd edək ki, oktyabrın 28-də Ukrayna Baş Prokurorluğu Filipp Kirkorova qarşı qiyabi ittiham irəli sürüldüyünü açıqlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031