Rusiyada “YouTube” tam bloklanacaq

16-12-2025, 17:41 5 dəfə baxılıb

 

Rusiyada “YouTube”un yaxın 6 ay - 1 il ərzində tam bloklanması gözlənilir”.

“Azerinews.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Andrey Svintsov bildirib. 

“Bu, platformanın hələ də mövcud Rusiya qanunvericiliyinə məhəl qoymaması ilə əlaqədardır. Öz məzmunlarını paylaşmaq üçün bu platformadan istifadə edən hər kəs maksimum dərəcədə qısa müddət ərzində “Rutube”, “VK Video” və sair kimi alternativlərə keçməlidir”, - Svintsov bildirib.

Xatırladaq ki, “YouTube”un Rusiya seqmentində məhdudiyyətlər 2024-cü ilin yayından tətbiq edilməyə başlayıb. “Roskomnadzor” həmin vaxt 200-dən çox Rusiya kanalının silinməsi səbəbilə platformaya girişin məhdudlaşdırıldığını açıqlamışdı. Ölkənin böyük mobil operatorları isə 2024-cü ilin dekabrından platformada videoizləməni faktiki bloklayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031