İspaniyada polislə miqrantlar arasında toqquşma oldu

18-12-2025, 10:57 6 dəfə baxılıb

 

İspaniya polisi Badalona şəhərində təhsil müəssisəsinin binasından qanunsuz yaşayan miqrantları çıxarmaq üçün əməliyyat keçirib.

"Azerinews.az" "Vanguardia" nəşrinə istinadən xəbər verir ki, proses zamanı toqquşmalar olub.

Məlumata görə, təhlükəsizlik qüvvələri Barselona bölgəsində 2023-cü ildən bəri icazəsiz olaraq afrikalı miqrantlar tərəfindən zəbt edilən institutun köhnə binasını boşaltmaq üçün əraziyə gəliblər.

Köçürülmə zamanı iğtişaşlar baş verib, miqrantlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar.

Əməliyyat vaxtı binada təxminən 180 əcnəbi olub, onlardan azı 17-si immiqrasiya qanunlarını pozduqlarına görə saxlanılıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031