Maşın təyyarəsini zədələdi

18-12-2025, 14:15 11 dəfə baxılıb

 

Avropa İttifaqının (Aİ) sammitində iştirak etmək üçün Brüsselə səfər edən Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi hava limanında zədələnib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Baş nazir özü feysbuk hesabında məlumat yayıb. 

“Brüsseldə keçiriləcək mürəkkəb sammit pis başladı. Aeroportda maşın (trap-red.) təyyarəmizi elə zədələdi ki, o, uçuş üçün yararsız hala düşdü”, - paylaşımda deyilir.

Qeyd edək ki, Aİ-nin bu il üçün sonuncu sammiti 18-19 dekabr tarixlərində Brüsseldə keçirilir. Sammitdə müxtəlif məsələlər, o cümlədən Kiyev üçün etibarlı təhlükəsizlik zəmanətlərinin hazırlanması, Ukraynanın 2026-2027-ci illər üzrə maliyyələşdirmə mexanizmləri müzakirə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031