Ermənistan “Tramp Marşrutu”nun tikintisinə başlayır

25-12-2025, 09:53 25 dəfə baxılıb

 

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktik mərhələsinin icrasına, o cümlədən tikinti işlərinə 2026-cı ildə başlanması planlaşdırılır. 


“Azerinews.az” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a həmin ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.


Məlumata görə, hazırda Ermənistan tərəfi amerikalı tərəfdaşları ilə layihənin hüquqi bazasının və tənzimləmə mexanizmlərinin formalaşdırılması üzrə intensiv danışıqlar aparır.


Ermənistan XİN vurğulayıb ki, bu layihə “Orta Dəhliz”in komponenti olan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu və “Fars körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi daxil olmaqla regional əlaqələrin inkişafına yönəlmiş iri infrastruktur proqramlarının məntiqi çərçivəsinə tam uyğun gəlir. 


Xatırladaq ki, bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan layihəni həyata keçirmək üçün Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company”nin qeydiyyatdan keçiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, bu şirkət dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, həmçinin fiber-optik kabellər üçün lazım olan infrastrukturu inkişaf etdirmək hüququna malik olacaq. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031