Ərdoğanın oğlu Kılıçdaroğlunun həbsini tələb edir

9-02-2024, 21:30 1 dəfə baxılıb


 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kemal Kılıçdaroğlu prezident Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğana qarşı ifadələrinə görə “təhqir” maddəsi üzrə 2 ilə qədər həbs tələbi ilə məhkəməyə verilib.

 "Azerinews.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bilal Ərdoğan vəkili vasitəsilə Baş Prokurorluğa müraciət edərək, Kılıçdaroğlunun 18 yanvar 2014-cü ildə Amasyanın Taşova rayonunda keçirilən mitinqdəki çıxışında onu həqarət etdiyini bildirib.

Məlumata görə, B.Ərdoğan son seçkidən sonra deputat toxunulmazlığı götürülən Kılıçdaroğlu haqqında şikayət edib. Məhkəmə tərəfindən icraata götürülən işlə bağlı ittiham aktında irəli sürülən cinayətin barışdırılmalı olan cinayətlər sırasında olması səbəbindən işin vasitəçiyə həvalə edildiyi, tərəflərin razılığa gəlmədiyi bildirilib.

 

Bu çərçivədə Kılıçdaroğlunun "təhqir" maddəsi ilə 3 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilməsi istənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930