Ermənistanda dini telekanal bağlandı

25-12-2025, 14:23 6 dəfə baxılıb

 

Ermənistanda dini verilişlər yayımlayan “Şoqakat” telekanalının fəaliyyəti dayandırılır. 


“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib. 


Qərar “Audiovizual media haqqında” qanuna daha əvvəl təsdiqlənmiş dəyişikliklər əsasında qəbul edilib. 


Qeyd edək ki, sözügedən kanalın yayımını həyata keçirən “Mənəvi-mədəni ictimai televiziya şirkəti” QSC 2011-ci ilin fevralında yaradılıb. Televiziya şirkətinin əsas vəzifəsi dini və mədəni proqramların yayımlanması olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031