"iPhone Fold” belə olacaq - Fotolar

27-12-2025, 12:47 2 dəfə baxılıb

 

Texnologiya dünyasının məşhur sızıntı mənbələrindən olan Con Prosser “Apple”in üzərində çalışdığı iddia edilən “iPhone Fold” modelinə aid dizayn detallarını və görüntüləri paylaşıb.

“Azerinews.az” xarici mətbuata istinadən xəbər verir ki, “Apple” qatlanan telefon bazarında ən böyük şikayət mövzusu olan “ekran qırışığı” problemini həll edib.

Məlumata görə, “Apple” qapaqlı dizayn əvəzinə kitab formasında açılan formanı seçib. Cihazın ən diqqətçəkən xüsusiyyəti isə qatlanma xəttinin, demək olar ki, görünməz olmasıdır.

Bu, hamar ekran təcrübəsini təmin etmək üçün menteşə mexanizmində təzyiqi paylayan xüsusi metal lövhə, maye metal texnologiyası və “Apple” şirkətinə məxsus ultra nazik elastik şüşədən istifadə olunduğu bildirilir.

“iPhone Fold”un xarici hissəsində 5,5 düymlük örtük ekranı, daxili hissəsində isə 7,8 düym ölçüsündə əsas ekranın olacağı deyilir.

Cihazın qatlandıqda 9 mm, açıldıqda isə cəmi 4,5 mm qalınlığında olacağı da müzakirə olunan detallar arasındadır.

 

Model gücünü “Apple”in “A20 Pro” prosessorundan və ikinci nəsil “C2” modemindən alacaq. Təhlükəsizlik tərəfdə isə seçim dəyişib.

Ekranaltı kamera texnologiyasının istifadə olunmadığı cihazda “Face ID” əvəzinə, yuxarı hissədəki güc düyməsinə inteqrasiya edilmiş barmaq izi oxuyucusu yer alacaq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031