Almaniyada 24 min şirkət müflis olub

30-12-2025, 15:41 4 dəfə baxılıb

 

Qərbin Rusiyaya qarşı sanksiyaları və ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər səbəbindən Almaniyada 24 mindən çox şirkət iflasa uğrayıb.

Bu da son 10 ildə ən yüksək rəqəmdir.

"Azerinews.az" xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat verilib.

"Bu, 2024-cü illə müqayisədə səkkiz faiz yüksəkdir və on ildən çox müddətdə ən yüksək göstəricidir.

Ölkədə əmək məhsuldarlığı durmadan azalır. 2025-ci ildə almanlar ən azı 22 gün xəstəlik məzuniyyəti alıblar. Ölkə, həmçinin ildə 30-dan çox rəsmi tətillə dünyada liderlik edir.

Biz almanlar ildə orta hesabla cəmi 1349 saat işləyirik. Fransa (1490) və ya Böyük Britaniya (1500) kimi müqayisə edilə bilən ölkələrdən xeyli geri qalırıq. İsveçrəlilər (1533) də bizdən çox işləyirlər. ABŞ-dən (1791) və hətta Çindən (2397) isə danışmırıq", - deyə yazı müəllifi vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930