Zelenski istefaya göndərdiyi Zalujnıya “Ukrayna Qəhrəmanı” adını verdi

9-02-2024, 15:03 20 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya “Ukrayna Qəhrəmanı” adı verib.

Bunu təsdiq edən müvafiq fərman Ukrayna prezidentinin internet saytında dərc olunub.

Fərmanda qeyd olunur ki, V.Zalujnı Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində əlamətdar şəxsi xidmətlərinə, Ukrayna xalqı qarşısında fədakar xidmətinə görə bu ada layiq görülüb.


Qeyd edək ki, Valeri Zalujnı ötən gün istefaya göndərilib. Ardınca Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilib.

Mənbə: RBK






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031