Türkiyədə uşaqlar və yeniyetmələrin sosial şəbəkələrə girişinə qadağa tətbiq olunur

3-01-2026, 14:13 6 dəfə baxılıb

 

Türkiyədə 15 yaşadək olan vətəndaşlarının sosial şəbəkələrə və oyun platformalarına girişi qadağan ediləcək.


"Azerinews.az" xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş yerli televiziya kanallarından birinin efirində məlumat verib.


Nazirin sözlərinə görə, sosial şəbəkə istifadəçilərindən şəxsiyyət vəsiqəsinin nömrəsinin daxil edilməsi və bunun ardınca təsdiqləmə tələb olunacaq.


“Biz artıq uşaqların və yeniyetmələrin “kommersiya obyekti” kimi istifadəsinə yol verməyəcəyik. Məktəblilər internetdən asılı vəziyyətə düşürlər ki, bu da təhsildə müvəffəqiyyətə təsir göstərir. Sosial şəbəkələr çox vaxt uşaqları stress vəziyyətinə salır”, – deyə nazir bildirib və qeyd edib ki, yenilik 2026-cı ilin yanvar ayının sonundan tətbiq ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031