Həmin plan bir neçə gün əvvəl təsdiqlənibmiş - Detallar açıqlandı

3-01-2026, 20:16 3 dəfə baxılıb

 

ABŞ ordusunun Venesuelaya endirdiyi irimiqyaslı zərbələrdən sonra ölkə lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı bəzi detallar məlum olub.

“Azerinews.az” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, təxliyə əməliyyatı bir neçə gün əvvəl Ağ Ev tərəfindən təsdiqlənib. Bildirilib ki, Maduronun yerini Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentləri uzun müddət izləyiblər. Hətta CIA Venesuelada gizli əməliyyatlar keçirmək üçün bir neçə ay əvvəl Trampdan xüsusi icazə alıbmış.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın bu gün Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Bakı vaxtı ilə saat 20:00-da mətbuat konfransı keçirərək əməliyyatın bütün gizli təfərrüatlarını açıqlayacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930