Maduro və xanımı narkoterrorizmdə ittiham olunur

3-01-2026, 20:17 6 dəfə baxılıb

 

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı irəli sürülən ittihamlar məlum olub.


“Azerinews.az” xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru Pamela Bondi sosial şəbəkə hesabında paylaşım edib.


O, Nikolas Maduronun ağır cinayətlərdə ittiham olunduğunu təsdiqləyib. Baş prokurorun sözlərinə görə, Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsində qaldırılan ittiham aktına əsasən, Maduro və Flores narkoterrorizm və külli miqdarda kokainin ABŞ-yə idxalında günahlandırılırlar. Bondi bəyan edib ki, onlar tezliklə “Amerika ədalətinin tam sərtliyi” ilə üzləşəcək.


Venesuela Baş prokuroru Tarek Uilyam Saab isə baş verənləri pisləyərək ABŞ-ni “quldur dövlət” adlandırıb. O bildirib ki, dövlət başçısının və xanımının təhlükəsizliyinə görə birbaşa Vaşinqton məsuliyyət daşıyır. 


Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə saat 20:00-da Florida ştatındakı Mar-a-Laqo iqamətgahında geniş mətbuat konfransı keçirəcək. Konfransda “Cənub Nizəsi” (“Operation Southern Spear”) əməliyyatının gizli detallarının və Maduronun hazırkı vəziyyəti ilə bağlı görüntülərin təqdim olunacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930