KİV: Avropada "gözəgörünməz" təyyarələrin istehsalı başlayacaq

4-01-2026, 13:12 5 dəfə baxılıb

 

Avropa İttifaqında radarlara düşməyən (stels texnologiyalı) FMLA çoxfunksiyalı yüngül turbovintli təyyarəsinin istehsalına başlanılır.

"Azerinews.az" "Defence Express" nəşrinə istinadən xəbər verir ki, "gözəgörünməz" FMLA (Future Multirole Light Aircraft) layihəsi Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində 15 milyon avro məbləğində maliyyə vəsaiti alıb.

Yeni təyyarə birbaşa atəş dəstəyi, dronların qarşısının alınması, kəşfiyyat, zərbələrin koordinasiyası və hədəf təyini vəzifələrini yerinə yetirmək qabiliyyətində olacaq. FMLA-nın axtarış-xilasetmə işləri də daxil olmaqla mülki missiyalar üçün uyğunlaşdırılması imkanı ayrıca qeyd olunur.

Təyyarə turbovintli mühərriklə təchiz ediləcək, uçuş çəkisi 7.5 tona qədər olacaq və uzunluğu 450 metrdən çox olmayan zolaqlardan qısa uçuş və enişi icra edə biləcək.

Yeni təyyarənin tədarük müddəti hələlik 2035-2040-cı illərə planlaşdırılır ki, bu da layihəni Avropa aviasiyası üçün uzunmüddətli təşəbbüsə çevirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930