“Düzgün davranmazsa, Madurodan da böyük nəticələrlə üzləşə bilər”

5-01-2026, 09:55 7 dəfə baxılıb

 

Venesuelanın vitse-prezidenti Delsi Rodrigez düzgün davranmazsa, Madurodan da böyük nəticələrlə üzləşə bilər”.


“Azerinews.az” xəbər verir ki bunu ABŞ lideri Donald Tramp nüfuzlu “The Atlantic” jurnalına açıqlamasında deyib.


Tramp eyni zamanda ABŞ-nin Venesuelaya hərbi müdaxiləsini müdafiə edib:


“Əgər belə olmasaydı, vəziyyət daha pisləşərdi. Bu addım rejim dəyişikliyi və yenidənqurma üçün labüd idi”.


Trampın diqqətçəkən açıqlamalarından biri də Qrenlandiya ilə bağlı olub. O, Qrenlandiyanın strateji baxımdan son dərəcə vacib ərazi olduğunu vurğulayaraq, ABŞ-nin milli təhlükəsizliyi və Arktikadakı mövqeləri baxımından bu adanın böyük əhəmiyyət daşıdığını bildirib:


“Qrenlandiya mövzusu sadəcə torpaq məsələsi deyil, qlobal güc balansı ilə bağlıdır. Qrenlandiya bizə lazımdır. Mütləq lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930