Tramp Venesuela ilə bağlı brifinq keçirəcək

5-01-2026, 09:58 7 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp yanvarın 5-i brifinq keçirərək Venesuela ilə bağlı mövqeyi barədə hər iki partiyadan olan konqresmenlər qrupunu məlumatlandıracaq.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı CNN mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, brifinq yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə yanvarın 6-sı saat 02:30-da) keçiriləcək.

Çıxış edənlər arasında Pentaqonun rəhbəri Pit Heqset, dövlət katibi Marko Rubio və ABŞ-nin Baş prokuroru Pamela Bondinun da olması gözlənilir.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930