Tramp və xanımı ilə şam yeməyindən foto paylaşdı

5-01-2026, 14:02 10 dəfə baxılıb

 


“SpaceX” şirkətinin təsisçisi İlon Mask ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melania Trampla birgə şam yeməyi edib.


“Azerinews.az” xəbər verir ki, Mask şam yeməyi zamanı çəkilən fotonu “X” sosial şəbəkəsində paylaşıb.


“Ötən axşam ABŞ Prezidenti və birinci xanımla əla şam yeməyi etdik. 2026-cı il möhtəşəm olacaq”, - deyə amerikalı milyarder fotoya şərh yazıb.


Qeyd edək ki, Mask 2025-ci ilin yanvar ayından mayın sonunadək Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edib. Ötən ilin yayında tərəflər arasında münasibətlər pisləşsə də, daha sonra Trampla Maskın əlaqələrini yoluna qoyduğu məlum olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031