Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib

13-01-2026, 11:23 6 dəfə baxılıb

 

Misirə məxsus “CASA C295” tipli hərbi-nəqliyyat təyyarəsi Azərbaycana uçuş zamanı Ermənistanın hava məkanından istifadə edib.


“Azerinews.az” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.


Bildirilir ki, uçuş Qahirə-Bakı marşrutu üzrə 2025-ci ilin dekabr ayının əvvəlində həyata keçirilib. Həmin gün təyyarə yenidən Ermənistanın hava məkanından istifadə etməklə Misirə geri qayıdıb.


Ermənistan Xarici İşlər Nazirliyi bu uçuşun özəl səfər olduğunu açıqlayıb. 


“Ermənistanın hava məkanından istifadə etməklə Qahirə-Bakı reysini yerinə yetirən reys sərnişin təyyarəsi olub və Azərbaycana özəl qaydada yüksəkvəzifəli şəxsi çatdırıb”, - nazirliyin məlumatında deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031