Etirazlarda “Traktor”un keçmiş futbolçusu ilə xanımı da öldürüldü - Foto

14-01-2026, 10:38 6 dəfə baxılıb

 

Təbrizin “Traktor” klubunun keçmiş futbolçusu Mojtaba Torşiz İranda davam edən etirazlar zamanı həyat yoldaşı ilə birlikdə öldürülüb.

“Azerinews.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, Mojtaba Torşiz və həyat yoldaşı etiraz aksiyalarında İran xalqını dəstəklədiklərinə görə İslam Respublikası təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

Hadisənin təfərrüatı ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

Qeyd edək ki, 47 yaşlı Mojtaba Torşiz 2009-2011-ci illərdə klubda yarımmüdafiəçi mövqeyində çıxış edib. O, 2016-cı ildə futbolçu karyerasını bitirib.

Xatırladaq ki, ötən il dekabrın 28-də İranın milli valyutasının kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarı ərazisində başlayan etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılıb.

İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) son hesabatına görə, etirazlar zamanı ölənlərin sayı 147 təhlükəsizlik əməkdaşı və 2 403 etirazçı olmaqla, ümumilikdə 2 550 nəfərə çatıb.

İran hakimiyyəti ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama yaymayıb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031