Trampdan İranla bağlı bunu istədilər

14-01-2026, 10:41 4 dəfə baxılıb

 

“İsrailin və adı açıqlanmayan bir neçə ərəb ölkəsinin rəsmi nümayəndələri ABŞ-dən İrana hələ zərbə endirməməyi xahiş ediblər”.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “NBC” telekanalı yayıb.

Mənbələrin sözlərinə görə, həmin ölkələrin nümayəndələri hesab edirlər ki, İran hələ kifayət qədər zəifləməyib, bu səbəbdən də, ABŞ-nin zərbələri İslam respublikasında hakimiyyətin dəyişməsinə gətirib çıxarmayacaq. 

Onlar həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasına İrandakı vəziyyət daha da gərginləşənə qədər genişmiqyaslı hücumları təxirə salmağı təklif ediblər.

Qeyd edək ki, yanvarın 13-də Ağ Evdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas zamanı D.Tramp üçün İrandakı vəziyyətlə fağlı fəaliyyət variantları hazırlanıb. “Axios” portalı isə yazıb ki, Tramp Detroytdan qayıtdıqda o da iclasda iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930