"Onun necə sağ qaldığını başa düşmürəm”

15-01-2026, 11:14 7 dəfə baxılıb

 

"ABŞ Prezidenti Donald Tramp, əsasən, hamburger, xırtıldayan toyuq və pəhriz kolası ilə qidalanır. Onun necə sağ qaldığını başa düşmürəm”.

“Azerinews.az” xəbər verir ki, bunu ABŞ səhiyyə naziri Robert F. Kennedi-kiçik  Prezident Donald Trampın qidalanma vərdişləri ilə bağlı podkast aparıcısı Keti Millerin suallarını cavablandırarkən deyib.

 “Onun bu cür qidalanma ilə necə sağ qaldığını bilmirəm”, – deyə Kennedi qeyd edib.

O, “Ən sağlam olmayan qidalanma vərdişlərinə kim malikdir?” sualına “Prezident” cavabını verib.

Kennedinin sözlərinə görə, Tramp Ağ Evdə və Floridadakı Mar-a-Laqo malikanəsində olduğu vaxtlarda nisbətən daha sağlam qidalar qəbul edir. Lakin xüsusilə səfərlər zamanı çoxlu miqdarda zərərli qida və kola istehlak edir.

Buna baxmayaraq, ABŞ səhiyyə naziri Donald Trampın son dərəcə güclü və dözümlü bir bədənə malik olduğunu da vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031