Bu ölkədə ilk dəfə temperatur 0°C-yə düşüb

4-02-2026, 03:10 7 dəfə baxılıb

 

Kubada temperatur tarixdə ilk dəfə olaraq 0°C-yə düşüb.

“Azerinews.az” xəbər verir ki, bu haqda ölkənin Milli Meteorologiya İnstitutu məlumat yayıb.

Belə ki, rekord ölkənin qərb hissəsində qeydə alınıb.

“Səhər saat 4:00-da İndio Hatueydəki meteoroloji stansiya minimum 0,1°C temperatur qeydə alıb. Temperatur aşağı düşməkdə davam edib və səhər saat 7:00-da termometr 0°C-ni qeyd edib”, - məlumatda deyilir.

Ölkənin qərbində və mərkəzindəki digər stansiyalarda temperaturun 1,4°C və 5°C olduğu bildirilir.

Qeyd edək ki, dekabr ayında Səudiyyə Ərəbistanının bəzi bölgələrində son onilliklərdə ilk dəfə qar yağdığı bildirilir. Sonuncu dəfə bu, təxminən 30 il əvvəl baş vermişdi. Qar yağmazdan əvvəl sinoptiklər temperaturun kəskin aşağı düşəcəyi barədə xəbərdarlıq ediblər. Bundan əlavə, ölkənin bəzi ərazilərində dolu və şiddətli tufanla bağlı qırmızı və narıncı hava xəbərdarlığı verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930