“Ölkəni müharibəyə aparmağa çalışırsınız” - Lukaşenko

4-02-2026, 03:12 7 dəfə baxılıb

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Vitebsk vilayətinin rəhbərliyini kənd təsərrüfatı sahəsindəki uğursuzluqlara, xüsusilə mal-qara tələfatına görə sərt tənqid edib.

“Azerinews.az” “Pul Pervogo” teleqram kanalına istinadla xəbər verir ki, dövlət başçısı yerli məmurların idarəçilik metodlarını kəskin şəkildə pisləyib.

Lukaşenko bildirib ki, məmurların işə məsuliyyətsiz yanaşması ölkəni daxili xaos və dolayısı ilə müharibə şəraitinə sürükləyir:

“Bu sizin yanaşmanızdır. Siz dəli olmusunuz. Ölkəni müharibəyə aparmağa çalışırsınız. Amma unutmayın ki, biz ön cəbhədə yol göstərməli olacağıq”.

Qeyd edək ki, Prezidentin qəzəbinə səbəb bölgədəki təsərrüfatlarda heyvanların soyuqdan və baxımsızlıqdan tələf olmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930