Macarıstan baş nazirindən Ukrayna ilə bağlı təklif

12-02-2024, 23:00 2 dəfə baxılıb

 

“Ukrayna üçün ən yaxşı variant Rusiya ilə Avropa arasında bufer zonaya çevrilməkdir”.

Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Avstriyanın keçmiş kansleri Volfqanq Şyussellə söhbəti zamanı deyib.

Orban hesab edir ki, əks halda Rusiya hücumlarına davam edəcək.

“Xoşunuza gəlsə də, gəlməsə də, ukraynalılar bunu bəyənsə də, istəməsə də, Ukrayna xəritədə elə olduğu yerdədir. Onun üçün ən yaxşı perspektiv Rusiya ilə Qərb arasında bufer zonası rolu olardı, əlbəttə ki, təhlükəsizlik zəmanəti ilə”, - deyə baş nazir bildirib.

Orban vurğulayıb ki, Rusiya heç vaxt öz kandarında Ukrayna kimi Aİ və NATO üzvünü qəbul etməyəcək. Eyni zamanda o, Ukraynanın Avropanı qoruyacağı fikri ilə də razılaşmadığını nəzərə çatdırıb.

“Bu, biz avropalılara əlavə təhlükəsizlik təminatı verməyəcək, çünki əksəriyyətimiz artıq Rusiyadan qat-qat güclü olan NATO-nun üzvüyük. Rusiyanın NATO üzvünə hücum etməsi kimi hər hansı təhlükə yoxdur”, - deyə o əlavə edib.

Mənbə: UNIAN “Telegram”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930