KİV: NATO-nun dağılması zaman məsələsidir

13-02-2024, 12:30 2 dəfə baxılıb

NATO-nun dağılması zaman məsələsidir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin məşhur “Politico” nəşri yazıb.

Qeyd olunub ki, Avropa İttifaqı (Aİ) öz təhlükəsizliyini təmin etmək üçün artıq ABŞ-a arxalana bilməz: “İndiki mərhələdə ABŞ-dakı prezident seçkilərində Donald Trampın qalib gəlməsinin əhəmiyyəti yoxdur. Bu, yalnız NATO-nun dağılma vaxtına təsir edə bilər”.

Nəşr, həmçinin yazıb ki, Avropa artıq tək qalıb.

Qeyd edək ki, Şimali Atlantika Alyansı - NATO 1949-cu ildə yaradılıb. Alyansın təsis edilməsində məqsəd sülhün qorunmasını və azadlıqların müdafiəsini təmin etməkdir. Hazırda Alyansın 31 üzvü var.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930