Ərdoğan: Ukraynadakı müharibənin ədalətli yolla bitməsinə hələ də ümidimiz var

13-02-2024, 14:11 2 dəfə baxılıb

 

Ukraynadakı müharibənin ədalətli yolla bitməsinə hələ də ümidimiz var.

“Azerinews.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətləri Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bunun üçün səylərini davam etdirəcək.

R.T.Ərdoğan söyləyib ki, daha ədalətli dünyaya ehtiyac var: “Hər zaman dediyimiz kimi, dünya beşdən böyükdür. Bu gün dünyanın ayrı-ayrı yerlərindəki gərginlik bəşəriyyət üçün yaxşı nə isə vəd etmir”.

Türkiyə lideri, həmçinin qeyd edib ki, Qəzzadakı müharibənin genişlənməsinin qarşısını almaq lazımdır: "Bu, Yaxın Şərqin inkişafı üçün vacibdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031