Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə gedir

14-02-2024, 10:52 2 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün 12 ildən sonra ilk dəfə Misirə rəsmi səfərə gedir. 

“Azerinews.az” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan səfəri çərçivəsində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə danışıqlar keçirəcək.

Görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurması və regional məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930