Gürcüstanın yeni müdafiə naziri Türkiyənin Gürcüstandakı səfiri ilə görüşüb
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbai ilə tanışlıq görüşü keçirib. "Azerinews.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, türkiyəli diplomat İrakli Çikovanini müdafiə naziri təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Görüşdə tərəflər Gürcüstanın Türkiyə Respublikası ilə strateji tərəfdaşlığı, müdafiə və regional təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gürcüstanın Müdafiə Qüvvələrinin inkişafı prosesində Türkiyənin göstərdiyi mühüm dəstək, o cümlədən hərbi təhsil, birgə təlimlərə diqqət çəkilib. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərindən də danışılıb. Qeyd edək ki, görüşdə Türkiyə Respublikasının müdafiə attaşesi, polkovnik İlhan Oktendural və üçüncü katib Sultan Alaili iştirak ediblər.