KİV: “Paşinyan tezliklə hökumətdə kadr inqilabı həyata keçirəcək”

15-02-2024, 12:03 2 dəfə baxılıb

 

Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr inqilabı həyata keçirəcək.

Bu barədə “Joxovurd” qəzeti mənbələrə istinadən yazır.

Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hazırda yeganə toxunulmaz şəxsdir.

“Görünür, onun işi həm Paşinyanı, həm də “Vətəndaş sazişi”nın elitasını təmin edir”, - deyə qəzet qeyd edir.

Bununla belə Paşinyanın hələ də fikrini dəyişə biləcəyi ehtimalı da istisna edilməyib.

Nəşr qeyd edib ki, Paşinyan ona sadiq olan qanunverici orqanın üzvlərinə güvənir və onları icra orqanına keçməyə dəvət edir. Lakin deputatlar nazir portfelini götürməkdən imtina edirlər. Hazırda Paşinyanın ümidi kadr bankınadır, lakin qəzetin mənbələrinə görə, o, oradan da adam tapa bilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930