İtaliya Fələstinə 10 mln. avro məbləğində yardım ayırıb

15-02-2024, 23:00 2 dəfə baxılıb

 

İtaliya hökuməti Fələstinə humanitar yardım məqsədi ilə 10 milyon avro məbləğində vəsait ayırıb.

"Azerinewss.az" xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani açıqlama verib.

Nazir qeyd edib ki, həmin vəsaitin düzgün istiqamətdə yönləndirilməsi üçün ciddi nəzarət həyata keçiriləcək. Tayaninin sözlərinə əsasən, bu, ötən ilin dekabrında ayrılan analoji məbləğdən sonra ikinci maliyyə paketidir.

Həmçinin əlavə edilib ki, İtaliya hökuməti o vəsaiti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı təşkilatına köçürüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031