İran quru sərhədlərini hasarlamağa hazırlaşır

16-02-2024, 19:00 7 dəfə baxılıb

 

İran quru sərhədlərinə hasar çəkməyə hazırlaşır.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran Quru Qoşunlarının komandanı Kiyumars Heydəri bəyan edib.

O, İranın mehriban qonşuluğa həmişə hörmətlə yanaşdığını, heç vaxt qonşu ölkələri təhdid etmək, onların ərazisinin bir qarışını belə zəbt etmək və ələ keçirmək niyyətində olmadığını bildirib.

“Amma davamlı təhlükəsizliyin təmin edilməsi İran silahlı qüvvələrinin çiyinlərində duran missiyadır. Bu, bəzən dron, ya kameralarla, bəzən də fiziki mövcudiyyət və sərhədlərdə divar çəkilməsi ilə həyata keçirilir”, - deyə o bildirib.

Heydəri vurğulayıb ki, sərhədlərdə təhlükəsizliyin necə qorunacağı məsələlərinə İran dövləti qərar verir.

“Biz sərhədlərimizi çəkmək istəyirik və bunu da həyata keçiririk. Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil. Çünki bütün ölkələrdə öz səlahiyyəti və planı əsasında sərhəd çəkmək adi haldır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930