Kreml Paşinyanın Ukrayna ilə bağlı açıqlamasına cavab verib

19-02-2024, 14:20 8 dəfə baxılıb

 

“Rusiya və Ermənistanın Ukraynadakı hadisələrlə bağlı mövqeyi bir-birindən fərqlənir”.

“Azerinerinews.az” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Ukraynadakı müharibə ilə bağlı İrəvanın mövqeyinə dair açıqlamasına münasibət bildirib: “Həqiqətən də, Ukraynada baş verən hadisələr və Ukrayna ilə bağlı münaqişəyə dair diametral şəkildə əks nəzər nöqtələrimiz var. Bu, sirr deyil və yaxşı məlum olan mövqedir”.

Peskov Rusiyanın Ermənistanın bu mövqeyi ilə razılaşmadığını vurğulayıb.

Xatırladaq ki, N.Paşinyan Almaniyada erməni diasporunun nümayəndələri ilə görüşündə bildirib ki, İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031