İsveç Ukraynaya ən böyük yardım paketi ayıracaq

20-02-2024, 11:32 4 dəfə baxılıb

 

İsveç Ukraynaya 7,1 milyard İsveç kronu (təxminən 700 milyon dollar) dəyərində - rekord səviyyədə müdafiə sahəsində yardım paketi ayırmağı planlaşdırır.

“Azerinews.az” xəbər verir ki, bu barədə İsveçin “Dagens Nyheter” nəşri məlumat yayıb.

Bildirilib ki, Ukrayna tərəfinə növbəti yardım partiyasının verilməsi barədə bu gün İsveçin Baş naziri Ulf Kristersson və müdafiə naziri Pol Consonun iştirakı ilə keçiriləcək mətbuat konfranslarında məlumat veriləcək.

Bununla İsveç Ukraynaya sayca 15-ci yardım paketi təqdim edəcək. Yardım paketinə hərbi texnika və avadanlıqların daxil olacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031