Amerikalı milyarderin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

21-02-2024, 12:32 5 dəfə baxılıb

 

Amerikalı milyarder, “SpaceX” kompaniyasının qurucusu və “X” sosial şəbəkəsinin sahibi İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

 

"Azerinews.az" “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, amerikalı sahibkarın mükafata namizədliyini irəli sürən norveçli deputat Marius Nilsen bunu İlon Maskın cəmiyyətdə həyatın yaxşılaşdırılmasına töhfə verən texnologiya şirkətləri qurduğu ilə əsaslandırıb.

Nobel Sülh Mükafatının qalibi oktyabr ayında elan olunacaq.

 

Qeyd edək ki, bundan öncə ABŞ-ın sabiq prezidenti Donald Tramp və NATO-nun Baş katibi Yens Stoltenberq də ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşmasına yönələn “İbrahim Sazişi”nin imzalanmasına kömək etdikləri üçün bu mükafata namizəd irəli sürülüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930