Lobnya şəhərində avtomobili partlatmağa cəhd edən şübhəli şəxsi saxlanılıb.

21-02-2024, 13:10 7 dəfə baxılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva vilayətinin Lobnya şəhərində təhlükəsizlik xidməti əməkdaşının avtomobilini partlatmağa cəhd edən şübhəli şəxsi saxlayıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə TASS-a FTX-nin Moskva şəhəri və Moskva vilayəti üzrə idarəsinin mətbuat xidmətindən bildirilib.

Xidmətdən bildirilib ki, Yaroslavldan olan saxlanılan şəxs terror aktını Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə həyata keçirməyi planlaşdırıb.

Xatırladaq ki, 19 fevral tarixində Lobnya şəhəri, Drujba küçəsində yerləşən evlərin birinin yanında dayanmış avtomobildən əldəqayırma partlayıcı qurğu aşkar edilib.

Qurğunun zərərsizləşdirilməsi zamanı yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.

Faktla bağlı terror və dövlətə xəyanət maddələri ilə iş açılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930