Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının Seçki Məcəlləsinə etdiyi düzəlişi veto edəcək

21-02-2024, 13:33 4 dəfə baxılıb

 

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının ölkənin Seçki Məcəlləsinə etdiyi düzəlişi veto edəcək. "Azerinews.az" Gürcüstan mətbuatına istinadən  xəbər verir ki, bu barədə prezident administrasiyasnın bəyanatında bildirilib. Qeyd olunub ki, bu düzəlişlər Venesiya Komisiyasının və Avropa İttifaqının 9 tövsiyəsinə ziddir: “Bu gün Baş nazir ilk beynəlxalq səfərini Brüsselə edərkən və ölkədə beynəlxalq müşahidə missiyası varkən Gürcüstan parlamenti, hakim çoxluq Seçki Məcəlləsinə həm Venesiya Komissiyasının, həm də Aİ-nin 9 tövsiyəsinə zidd olan düzəlişləri qəbul etdi”, - deyə Prezidentin bəyanatında bildirilib. Zurabişvili qeyd edib ki, qəbul edilən düzəlişlərlə Seçki Məcəlləsi hakim “Gürcü Arzusu” partiyasının maraqlarına uyğunlaşdırılıb. O, seçkilərin tək partiya tərəfindən təşkil edilməsi riski olduğunu, hakim partiya tərəfindən idarə edilən qərəzli seçki prosesinə həm cəmiyyət, həm də beynəlxalq ictimaiyyət tərəfindən etimadsızlıq göstəriləcəyini qeyd edib. Vurğulanıb ki, Prezident ölkənin Avropa yoluna uyğun gəlməyən bütün digər qanun layihələri kimi bu düzəlişi də veto edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930