Bayden Rusiya liderinə qarşı kobud ifadə işlədib

22-02-2024, 12:09 3 dəfə baxılıb

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini təhqir edib.

“Azerinews.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Bayden Rusiya liderinə qarşı “dəli it oğlu” ifadəsini işlədib. Amerika prezidenti bunu dünən seçki kampaniyası çərçivəsində çıxışı zamanı nüvə təhlükəsi barədə danışarkən deyib.

“Putin və digərləri kimi dəli it uşaqlarımız var və biz həmişə nüvə münaqişəsi barədə narahat olmalı oluruq. Lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”, - deyə ABŞ lideri qeyd edib. 

Qeyd edək ki, Bayden bundan əvvəl də Putin barəsində qalmaqallı açıqlamalar verib. Belə ki, Ukraynada müharibə başlayandan sonra o, rusiyalı həmkarını “qatil”, “diktator”, “qəssab”, “hərbi cinayətkar” adlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930