Türkiyə və ABŞ birgə işə başlayır - Pentaqon təsdiqlədi

22-02-2024, 15:13 1 dəfə baxılıb

Pentaqon Türkiyə ilə birgə sursat istehsalına başlandığını təsdiqləyib.

"Azerinews.az" xəbər verir ki, 155 mm-lik sursat üçün metal hissələr Türkiyənin müdafiə sektorundan olan şirkətlərlə əməkdaşlıq çərçivəsində qurulan ABŞ müəssisələrində istehsal olunacaq. Bu barədə Türkiyənin Anadolu xəbər agentliyinə Pentaqonun sözçüsü Yurgensen məlumat verib.

O qeyd edib ki, Texasdakı üç zavodda istehsalın 2025-ci ilin sonunadək başlanması planlaşdırılır. Bu zavod ayda 30 min patron istehsal gücünə malik olacaq.

Fevralın 14-də ABŞ-nin Türkiyədəki səfiri Fleyk “Türkiyə ilə güclü münasibət Amerikanın maraqlarına uyğundur” başlıqlı məqaləsində qeyd edib ki, ABŞ Türkiyə ilə əməkdaşlıq yolu ilə silah-sursat ehtiyatını artıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930