Türkiyə ilə Somali 10 illik saziş imzaladı

22-02-2024, 16:08 4 dəfə baxılıb

Türkiyə ilə Somali arasında Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi imzalanıb.

"Azerinews.az" “Haberler.com”a istinadla xəbər verir ki, Somali Prezidenti Həsən Şeyh Mahmud Türkiyə ilə Somali arasında imzalanan sazişinin bölgə ölkələri üçün təhlükə yaratmadığını söyləyib.

“Türk qardaşlarımız bu müqavilə çərçivəsində dənizlərimizi cəmi 10 il qoruyacaq. 10 illik əməkdaşlıqdan sonra bizimdə dənizlərimizi qoruyacaq donanmamız olacaq.

Türkiyənin Somaliyə verdiyi dəstək dünyanın digər ölkələrinin verdiyi dəstəkdən fərqlidir.

Sazişin Efiopiya və ya hər hansı digər ölkəyə qarşı düşmənçilik niyyəti yoxdur”.

Qeyd edək ki, saziş Somalidə terrorla mübarizə, xarici təhdidlər, dəniz quldurluğu və qeyri-qanuni balıq ovu, sahillərin qorunması və dəniz ehtiyatlarının inkişafı kimi mövzularda əməkdaşlığı əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930