Gürcüstan Dini agentliyin rəhbəri Zaza Vaşakmadze Ankarada türkiyəli həmkarı ilə görüşüb

23-02-2024, 16:05 2 dəfə baxılıb

 

Dini agentliyin rəhbəri Zaza Vaşakmadze Ankarada türkiyəli həmkarı ilə görüşüb (FOTO)

Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri professor Əli Erbaş ilə görüşüb. "Azerinews.az" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat verib. Məlumata əsasən, görüş zamanı ev sahibi Diyanətin gördüyü işlər barədə məlumat verib və bu il qurumun 100 yaşı tamam olduğunu qeyd edib. O, ötən il dini akademiya qurduqlarını və Gürcüstan tərəfinin marağına səbəb olarsa, İslam dini təhsili məsələlərində Gürcüstanla əməkdaşlığa başlamağa hazır olduqlarını bildirib. Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Gürcüstanın din sahəsində əldə etdiyi nailiyyətlərdən, din siyasətinin inkişaf istiqamətlərindən danışıb. O, dövlətin Gürcüstanın müsəlman icmasının müstəqilliyi və inkişafına verdiyi dəstəyi xüsusi vurğulayıb. Zaza Vaşakmadze dini azlıqların, o cümlədən müsəlmanların hüquqlarının müdafiəsi, maliyyə dəstəyinin artırılması, dini tikililərə yaradılan şəraitdən danışıb. Tərəflər Gürcüstan-Türkiyə mehriban qonşuluğu, strateji tərəfdaşlıq və birinci şəxslər səviyyəsində əməkdaşlığın izi ilə din sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivini muzakirə ediblər. Sonda Dianet rəhbəri 2012-ci ildəki səfərini xatırladıb və yenidən Gürcüstana gəlmək arzusunda olduğunu bildirib. Agentliyin sədri türkiyəli həmkarını qəbul etməyə hazır olduğunu bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930